Avstraliyada dünyaya gələn iki körpə bütün dünyanın diqqət mərkəzinə düşüb.
Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, hamiləliyin 29-cu həftəsində anadan olan Kristian və Kristiananın atalarının sinəsində əl-ələ tutduğunu əks etdirən görüntülər sosial şəbəkəyə yükləndiyi andan geniş auditoriya kütləsi toplamağa başlayıb. Qısa zamanda videonu izləyənlərin sayı 8 milyonu keçib.Əl-ələ tutan əkizlər doğulanda çəkiləri 1 kiloqramdan da az olub. Ancaq həkimlərin bədbin ehtimallarını alt-üst edən uşaqlar sağ qalıblar. Hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir.