Stalinin öldürücü zarafatları - MARAQLI

Stalinin öldürücü zarafatları - MARAQLI backend

Yoldaş Stalin xüsusi yumor hissinə malik olub.

O, həm də çox hazırcavab olub. Hərdən öz qərarlarını və hökmlərini yumorla səsləndirirmiş. Bu yumoru eşidənlər isə qorxudan gülmək halında olmayıblar.
Qaziler.az Rusiya mətbuatına istinadən bu zarafatları təqdim edir:

1.”Pobeda” avtomobilinin işlənib hazırlanması zamanı onun “Vətən” adlandaırlması nəzərdə tutulubmuş. Bu barədə eşidən Stalin istehzalı şəkildə soruşur: “ Yaxşı, bizim Vətən neçəyə olacaq?” Avtomobilin adı dərhal dəyişdirilir.

2.Bir dəfə Stalinə çatdırırlar ki, bəs marşal Rokosovskinin məşuqəsi var və o, məşhur gözəl aktrisa Valentina Serovadır. İndi biz onlarla neyləyəcəyik? Stalin ağzından qəlyanı çıxararaq bir az düşündükdən sonra deyir:
-Neyləyəcəyik, neyləyəcəyik...həsəd aparacağıq!

3.Artlleriya sisteminin konstruktoru V.Q.Qrabin deyirmiş ki, 1942-ci il ərəfəsində Stalin onu yanına çağırır və soruşur:
-Sizin topunuz Rusiyanı xilas etdi. İndi siz nə istəyirsiz-Sosialist Əməyi Qəhrəmanı, yoxsa Stalin mükafatı?
-Mənimçün fərqi yoxdur, yoldaş Stalin.
Hər ikisini verirlər.

4.İkinci Dünya Müharibəsi zamanı Baqramyanın komandanlığı altında olan qoşun hissələri hamıdan qabaq Baltik dənizinə gedib çıxır. Erməni general şəxsən özü butulkanı Baltik dənizinin suyundan doldurub adyudantına verərək Moskvaya, Stalinə göndərir. O, təyyarə ilə yola düşür. Adyutant yolda olarkən almanlar əks hücuma keçərək Baqramyanı Baltik sahillərindən atırlar. Adyutantın Moskvaya gəlişinə qədər artıq bu barədə məlumat olsa da o, bu bunu bilmirdi. Çünki təyyarədə radio yox idi. Beləliklə, məğrur adyutant Stalinin kabinetinə daxil olaraq pafosla, təntənə ilə bildirir:
-Yoldaş Stalin, general Baqramyan sizə Baltik dənizinin suyundan yollayıb!
Stalin butulkanı alıb əlində bir neçə dəqiqə fırlayaraq adyutanta qaytarır və deyir:
-Bunu qaytar Baqramyana, de ki, hardan götürüb qaytarıb töksün yerinə.

5. 1939-cu ildə “Qatar şərqə gedir” filminə baxırmışlar. Qatar gedir və dayanacaqda dayanır...
-Bu hansı dayanacaqdı? –deyə Stalin soruşur.
-Demyanovka.
-Bax, burda mən düşürəm, - deyən Stalin zaldan çıxır.

6.Kömür sənayesi naziri postuna namizədlik müzakirə edilirmiş.
Şaxtalardan birinin direktoru olan Zasyadkonun namizədliyini irəli sürürlər. Kimsə etiraz edir:
-Hər şey yaxşıdır, lakin o spirtli içki aludəçisidir.
-Onu mənim yanıma çağırın, - Stalin deyir.
Zasyadko gəlir. Onunla söhbət zamanı Stalin içki təklif edir.
-Məmnuniyyətlə, - deyən Zasyadka stəkana araq süzür:
-Sizin sağlığınıza, yoldaş Stalin! – deyərək içir və söhbətinə davam edir.
Stalin onu diqqətlə müşahidə edərək ikincini təklif edir. Zasyadka ikinci stəkanı da birnəfəsə başına çəkir. Stalin üçüncünü təklif edəndə onun müsahibi stəkanı kənara itələyib deyir:
-Zasyadka həddini bilir.
Razılaşırlar. Siyasi Büronun iclasında yenidən nazir namizədliyi məsələsi qaldırılarkən onun içki aludəçisi olduğu bir daha vurğulanır. Stalin qəlyanla var-gəl edərək deyir:
-Zasyadka həddini bilir!
Beləliklə, Zasyadka uzun illər kömür sənayesinə rəhbərlik edir...



Diaspora