Ən qədim çay imperator sərdabəsindən tapılıb - MARAQLI

Ən qədim çay imperator sərdabəsindən tapılıb - MARAQLI backend

İki min il bundan əvvəl insanlar artıq çay içirmişlər.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Çin imperator ailəsi haqda danışarkən tam tam əminliklə demək olar.
Xan sülaləsindən olan, bizim eradan əvvəl 156-141-ci illərdə yaşamış Çin imperatoru Tszin-di çayı o qədər sevirmiş ki, hətta onu özü ilə birlikdə o dünyaya da aparıb. Çin elmlər akademiyasının arxioloqları imperatorun sərdabəsindən çay yarpağının qalıqlarını tapıblar. Qeyd edək ki, sərdabə Sian şəhərinin yaxınlığındadır.
Məqbərə 1990-cı ildə tədqiq olunsa da yalnız indi fitolit analizin köməyi ilə bitkinin qalıqlarını müəyyən etmək mümükün olub.
Araşdırmalar göstərib ki, çay böyük ehtimalla yüksək keyfiyyətli olub. “Dəmləmə”də ancaq çay kolunun tumurcuğu olub. Hesab edilir ki, ondan hazırlanan çay adi çay yarpaqlarından hazırlanan çaydan daha üstündür. “İmperator çay”ı kiçik taxta qutuya qoyulub.
İmperatorun təbəələri onun o biri dünyada nə içəcəyinin deyil, nə yeyəcəyinin də qayğısına qalıblar. Belə ki, sərdabədə darı və düyü qalıqları da tapılıb. Yemək və içkidən başqa qəbirə bir çox digər əşyalar da qoyulub: silahlar, insan və heyvan heykəlçikləri, bir neçə atlı araba.

Qeyd edək ki, bu imperatorun və onun atasının hakimiyyət dövrü Çin tarixində “qızıl dövrlər”dən hesab edilir.
Diaspora