Sədaqət təkcə doğuşdan gələn xüsusiyyət deyil, ona tərbiyə və həyat təcrübəsi də daxil olmaqla bir sıra amillər təsir edir. Lakin astroloqlar hesab edirlər ki, bəzi bürclər temperamentlərinə və ən çox önəm verdikləri dəyərlərə görə digərlərindən daha sadiqdirlər. Belə bir tərəfdaş əsl xəzinədir.
Qaziler.az ömürlərində bir dəfə sevən və sevgilərinə sadiq qalan bürcləri təqdim edir:
Xərçəng ən sadiq bürcdür: aşiq olmuş kişi xəyanət barədə heç düşünməz belə...
Şübhəsiz ki, ən sadiq bürc Xərçəngdir. Onlar həddindən artıq ailəcanlı, xoşürəklidirlər və ötəri münasibətlərə həvəssiz yanaşırlar. Daimi tərəfdaş tapmağa üstünlük verirlər və bir dəfə aşiq olduqdan sonra xəyanət barədə heç düşünmürlər.
O, bütün qəlbini qarşı tərəfə verir və yaxınlıq, etibar və təhlükəsizlik hissi ilə dolu uzunmüddətli münasibətlər arzulayır.
Əyləncə xatirinə ötəri flört ona qətiyyən uyğun deyil. Xərçəng xəyanətin nə qədər dərindən yaralaya biləcəyini çox yaxşı bilir, buna görə də sevdiyi insana qarşı belə davranmaz.
Buğa romantikaya vaxt itirmir, o, möhkəm münasibətlər qurmaq üzərində işləməyə üstünlük verir.
Zodiak dairəsində Buğa da öz sədaqəti ilə seçilir və bu, danılmaz həqiqətdir. Çünki torpaq ünsürü kimi o, sakitliyi, sabitliyi, o cümlədən ürək məsələlərində bu dəyərləri qiymətləndirirlər.
Emosional sarsıntılar onlar üçün əsl işgəncədir, buna görə də diqqətlərini bir insana yönəltməyə və birlikdə gələcək qurmağa üstünlük verirlər. Buğa ciddi münasibətlərə başlamağa qərar verən kimi, ani həvəsə görə onlardan imtina etmək niyyətində olmur.
Bu bürc altında doğulan insan üçün uğurlu münasibət sədaqət, qayğı və səbir deməkdir. O, ani ehtiras naminə qurduqlarını itirmək riskinə getməz.
Oğlaq münasibətlərə ciddi yanaşır, verdiyi sözü pozmur.
Oğlaq da ən sadiq bürclərdən biridir və onlar yüngülbeyinliklə aşiq olmurlar. Öz tərəfdaşlarını diqqətlə seçirlər, çünki kiməsə açılmaq və tam etibar etmək üçün onlara vaxt lazımdır.
Münasibətə başlamazdan əvvəl qarşı tərəfin onun dəyərlərini bölüşdüyünə əmin olmaq istəyir. O, hissləri kiçiltməyi sevmir və əgər sevgi və sədaqətini bəyan edirsə, sözlərinə ciddi yanaşır.
Oğlaq üçün etiraflar həqiqətən böyük məna kəsb edir. Hətta münasibətlərdə çətinliklər yarandıqda belə, o, dərhal başqasının qucağında təsəlli axtarmır. Vəziyyət barədə tərəfdaşı ilə dürüst danışmağa və böhranı birlikdə aşmağa çalışır.
QAZİLER.AZ