Amerikalı polis "Bakılı balası" mahnısını dinləyərkən görüntüləndi - VİDEO

Amerikalı polis "Bakılı balası" mahnısını dinləyərkən görüntüləndi - VİDEO backend

ABŞ-də yaşayan azərbaycanlı müğənni küçədə maraqlı mənzərə ilə qarşılaşıb. O, polis avtomobilində olan əməkdaşın Xalq artisti Eyyub Yaqubovun ifasında “Bakılı balası” mahnısını dinlədiyini görüb.

Qaziler.az xəbər verir ki, 2013-cü ildə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov həmin anı sosial şəbəkə hesabında paylaşıb.

Paylaşım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.