Kembric lüğəti 2026-cı ilin əsas sözünü açıqlayıb.
Qaziler.az "axşam.az"a istinadla xəbər verir ki, ilin sözü “human” (insani, insana məxsus) ifadəsi seçilib.
Lüğətin mütəxəssislərinin sözlərinə görə, bu seçim süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə insan anlayışına marağın artması ilə bağlıdır.
Qeyd olunub ki, “human” sözü getdikcə daha çox “human-written” (insan tərəfindən yazılmış), “human-generated” (insan tərəfindən yaradılmış) kimi ifadələrdə işlədilir. Bu anlayışlar süni intellekt tərəfindən deyil, məhz insanlar tərəfindən ərsəyə gətirilən işləri fərqləndirmək üçün istifadə olunur.
Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik cəmiyyətin süni intellektə münasibətində yeni mərhələnin göstəricisi ola bilər.
Xatırladaq ki, Kembric lüğəti ötən il ilin sözü kimi “parasocial” ifadəsini seçmişdi.

