Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Polad Alemdar obrazını canlandıran aktyor Necati Şaşmaz uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxıb.
Qaziler.az "lent.az"a istinadən bildirir ki, aktyor milli təhsil naziri Yusuf Tekinin qızının nikah mərasimində görüntülənib.
Noyabrın 18-də Ankaradakı "ATO Congresium" mərkəzində keçirilən mərasimdə nazirin qızı Nihan Elif Tekin Mehmet Kılıçla ailə həyatı qurub.
Toy mərasimində siyasət, idman və iş dünyasının tanınmış nümayəndələri iştirak ediblər. Qonaqlar arasında "Fənərbağça" klubunun keçmiş prezidenti Ali Koç, aktyor Necati Şaşmaz və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının baş müşaviri Eyüp Yıldız da olub.
Uzun müddətdir kameralardan kənar həyat sürən Necati Şaşmazın mərasimdə çəkilən fotosu sosial şəbəkələrdə diqqət çəkib. Aktyorun əvvəlki görünüşü ilə müqayisədə xeyli kökəlməsi müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi məşhur Polad Alemdarın dəyişən görünüşünə təəccüblənib.

