Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib.
Qaziler.az "axşam.az"a istinadla xəbər verir ki, oyundakı “Kaleidoscope FM” radiosunda onların ifası “Say It Right” adı ilə yerləşdirilib.
İngilis dilində oxunan mahnının nəqarət hissəsində xanəndələrin ifası yer alıb.
A.Qasımov məsələ ilə bağlı paylaşım edərək "Rockstar Games" tərəfindən hazırlanmış açıq dünya döyüş-macəra videooyunu olan "Grand Theft Auto VI (GTA 6)-da" Fərqanə Qasımova ilə birgə oxuduğumuz “Say It Right” adlı mahnımız oyun səhnəsində istifadə olunub. İzləyicilərimizin nəzərinə çatdırırıq ki, mahnımız "Rockstar Games"lə rəsmi əməkdaşlığımız çərçivəsində istifadə olunur", - sözlərini yazıb.

