Bu 3 bürcə qızıl taxmaq qadağandır

Bu 3 bürcə qızıl taxmaq qadağandır backend

Qızıl dəbdəbə və nüfuz rəmzi sayılan ən bahalı metallardan biridir. Lakin onu hamının taxması məsləhət görülmür.

Kimi qızıl zinət əşyaları kolleksiyası toplayır, kimi isə lazımi anda yenidən nağd pula çevirmək üçün əlindəki vəsaiti qızıl külçələrə yatırır. Əksər hallarda nə birincilər, nə də ikincilər bu metalın onlara əks-göstəriş olduğunu bilirlər.

Qaziler.az bildirir ki, astroloqlar qızıl taxması məsləhət görülməyən bürcləri sadalayıb. Bunlar:

1. Xərçəng

Xərçənglər sarı metaldan olan zinət əşyalarını taxmağın onlara arzuolunmaz olmasından belə şübhələnmədən qızılı çox sevirlər. Bu bürcün nümayəndələri təvazökar və kölgədə qalmağı sevən insanlardır, qızıl bəzək əşyaları isə əksinə, onları hamının diqqət mərkəzinə gətirir ki, bu da onlarda daxili narahatlıq yaradır.

2. Buğa

Ətraflarındakı hər şeyin "bahalı və zəngin" görünməsini sevən buğalar, fikirlərincə, dəbdəbə və nüfuz rəmzi olan qızıl zinət əşyalarını tez-tez taxırlar. Lakin onlar bunun daxili güclərini və qüdrətlərini dəfələrlə artırdığını hiss etmirlər. Nəticədə, səbəbinin nədən qaynaqlandığını bilmədikləri  bir yorğunluq hissi keçirirlər.

3. Balıqlar

Balıqlar zodiak dairəsinin ən mehriban, zərif və xəyalpərəst nümayəndələridir, ətrafdakılar da onları məhz buna görə sevirlər. Güc və qüdrət rəmzi olan qızıl isə onları bu keyfiyyətlərdən məhrum edir, onlarda liderlik, bəzən isə diktatorluq xüsusiyyətlərini önə çıxarır. Bu da ətrafdakıları onlardan uzaqlaşdırır ki, bu vəziyyət nə balıqları, nə də başqalarını sevindirir.

QAZİLER.AZ