BYD-dən “Qara Cümə” endirimi: Bahalı modeli yarı qiymətə satılacaq - VİDEO

BYD-dən “Qara Cümə” endirimi: Bahalı modeli yarı qiymətə satılacaq - VİDEO backend

Çinin BYD markası bəzi modellərində maksimal endirimin təxminən 49%-ə çatacağı genişmiqyaslı endirim kampaniyasına hazırlaşır.

Qaziler.az "Focus" nəşrinə istinadla xəbər verir ki, söhbət yalnız Almaniya bazarından gedir və bu endirim məbləğinə dövlət subsidiyası da daxildir.

Ən böyük endirim "BYD Seal 6 DM-i Touring" modelinə şamil edilir. Şəbəkədən doldurula bilən (plug-in) bu hibrid universalın baza komplektasiyalı "Boost" versiyası adətən 43 min avroya satılır. “Qara Cümə”yə həsr olunmuş aksiya çərçivəsində şirkət qiyməti 27 min avroya endirəcək. 4,5 min avroluq dövlət subsidiyasından yararlana bilən alıcı kateqoriyaları isə yekunda cəmi 22 min avro ödəyəcəklər ki, bu da rəsmi satış qiymətindən 48,8% endirimlidir.

"BYD Seal 6 DM-i Touring" xüsusi olaraq Avropa bazarı üçün hazırlanmış ilk BYD universalıdır. Avtomobilin uzunluğu 4,84 metr, baqajının həcmi 675 litrdir (arxa oturacaqlar qatlandıqda isə bu həcm 1535 litrə qədər artır). "Boost" versiyası 10,08 kVt/saat tutumlu "Blade" batareyası və 184 at güclü güc aqreqatı ilə təchiz olunub. WLTP dövriyyəsinə əsasən avtomobilin ümumi yürüş məsafəsi 1350 km-ə çatır.

QAZİLER.AZ