Bəzi bürc nümayəndələri sevgisiz yaşaya bilmirlər. Onlar hər fürsətdə gözəl hisslərin xəyalını quran və onu axtaran əsl romantiklərdir. Ürəkləri sadəcə zərif jestlər və dan yerinin sökülməsinədək davam edən söhbətlərin xəyalı ilə belə daha sürətlə vurmağa başlayır. Buna görə də onların zaman-zaman kiməsə aşq olması heç də təəccüblü deyil.
Onlar çox vaxt məntiqlərinə deyil, ürəklərinin səsinə qulaq asırlar, bu isə o deməkdir ki, çox tez və asanlıqla aşiq olurlar.
Qaziler.az həmin bürcləri təqim edir:
Qoç
Qoçlar qarşı tərəfin onlara uyğun olub-olmaması barədə düşünməyə vaxt itirmirlər. Həmçinin ilk addımı necə atacaqları barədə də uzun-uzadı daşınmırlar. Onlar sadəcə bəyəndikləri insana onun öz zövqlərində olduğunu deyir və görüşə dəvət edirlər.
Onlar sevgi macəralarından çəkinmirlər, buna görə də qoçlar nadir hallarda uzun müddət yalnız qalırlar. Cəsurdurlar, birbaşa hərəkət edirlər və rədd cavabı ala biləcəklərini bilsələr belə, risk etməkdən qorxmurlar. Aşq olan kimi qarşı tərəfi mesaj atəşinə tutur və görüş təklifləri irəli sürürlər. Onların daxilində əsl sevgi alovu yanır.
Oxatan
Oxatan flört ustasıdır və yeni insanlarla tanış olmaq onun ən böyük zövqlərindən biridir. O, insan düşüncəsinin sirlərinə dalmağı və flört etməyi sevir. Anadangəlmə cazibəsi sayəsində bu, onlarda asan alınır. O, potensial tərəfdaşların diqqətini çətinlik çəkmədən özünə cəlb edir.
O, cəmi bir gecədə kiməsə aşiq ola və sonra bunun onun əsl sevgisi olduğunu bəyan edə bilər, cəmi bir həftə sonra isə artıq başqa bir sevgi tapar. O, öz idealı ilə qarşılaşmağı xəyal edən bir romantikdir. Lakin o, müstəqilliyə yüksək qiymət verir və kiminsə onu məhdudlaşdırmağa çalışdığını hiss etməyi sevmir. Onun üçün daha ciddi bir müstəviyə keçəcək münasibətlər qurmaq çətindir.
Balıqlar
Balıqlar ən romantik bürcdür, buna görə də onlar demək olar ki, daimi olaraq aşiq vəziyyətindədirlər.
Əvvəlcə onlar romantik münasibəti öz xəyallarında qurur, daha sonra isə bunu təcrübədə yoxlamağa çalışırlar. Həssas və emosionaldırlar, hər yeni tanışlığın xüsusi bir şeyə çevrilə biləcəyinə inanırlar. Lakin onlar ilk dəfə qarşılaşdıqları insanları ideallaşdırmağa meyllidirlər, bu isə çox vaxt məyusluqla nəticələnir.
QAZİLER.AZ

