Hansı bürclər pulla davranmağı daha yaxşı bacarır?

Hansı bürclər pulla davranmağı daha yaxşı bacarır? backend

Bəziləri maddi sabitliyə can atır, bəziləri risk etməkdən qorxmur, bəziləri isə impulsiv xərclərdən qaçmağı bacarmır.

Astroloqlar bu vərdişləri bürclərin xarakteri ilə əlaqələndirir və onların pulla rəftarına necə təsir etdiyini izah edirlər.

Qaziler.az bildirir ki, "Styler" potensial maliyyə strateqlərinin reytinqini tərtib edib.

Maliyyə reytinqinin tam siyahısı:

12-ci yer – Balıqlar: Ciddi hesablamalar əvəzinə emosiya və xəyallarla hərəkət edirlər. Yaradıcı ideyaları yaxşı gəlir gətirsə də, varlanmaq üçün büdcə planlamağı və impulsiv xərcləri azaltmağı öyrənməlidirlər.

11-ci yer – Oxatan: Böyük məqsədlərdən qorxmur və riskə gedirlər. Lakin azadlıq, səyahət və qəfil qərarlara olan sevgiləri yüksək qazanclara rəğmən kapital toplamağa mane olur.

10-cu yer – Dolça: Qeyri-standart qazanc yolları tapırlar, xüsusən texnologiya və şəxsi layihələrdə uğurlu ola bilərlər. Lakin böyük sərvət üçün onlara ardıcıllıq çatmır.

9-cu yer – Xərçəng: Maliyyə təhlükəsizliyinə önəm verir, qənaət etməyi bacarırlar. Riskdən qaçırlar, lakin bəzən həddindən artıq ehtiyatlılıq onlara sərfəli imkanları əldən verdirir.

8-bi yer – Tərəzi: Faydalı tərəfdaşlıqlar qurmaq və insanlarla işləmək onların maliyyə kozırıdır. Amma gözəl əşyalara olan sevgiləri və seçim etməkdə çətinlik çəkmələri hədəflərini ləngidir.

7-ci yer – Əkizlər: Dəyişikliklərə sürətlə uyğunlaşır və eyni anda bir neçə gəlir mənbəyi yaradırlar. Toplanan kapitalı qorumaq üçün diqqətlərini çox sayda ideyaya dağıtmamaqları önəmlidir.

6-cı yer – Şir: Yüksək statusa can atır, məsuliyyətdən qorxmurlar. Ambisiyaları onlara rəhbər vəzifələr qazandırsa da, lüks həyat tərzi sürmək istəyi yığımlarını azaldır.

5-ci yer – Qoç: Qətiyyətli və sahibkarlıq azarlıdırlar. Cəsur qərarlarla ciddi maliyyə uğurları qazana bilərlər, lakin böyük yatırımlardan əvvəl riskləri mütləq qiymətləndirməlidirlər.

4-cü yer – Qız: Pulu hesablamağı, xərcləri optimallaşdırmağı və detalları görməyi bacarırlar. Praktiklik, nizam-intizam və analitik zəka onlara strateji sahələrdə kapital yaratmağa kömək edir.

3-cü yer – Əqrəb: Strateji təfəkkür, dözümlülük və çətin şəraitdə hərəkət etmək bacarığı ilə seçilirlər. Planlarını gizli saxlayır, böyük hədəflər üçün israrla çalışır və kapitalı artırmağın yollarını tapırlar.

2-ci yer – Buğa: Maddi sabitliyi və komfortu yüksək qiymətləndirirlər. Səbir, inadkarlıq və resursların qədrini bilmək onlara tez qazanc dalınca qaçmadan, uzunmüddətli zənginlik qurmağa imkan verir.

1-ci yer – Oğlaq: Reytinqin lideri ən çalışqan və ambisiyalı bürc olan Oğlaqdır. Onlar üçün böyük pul təsadüfi uğur deyil, nizam-intizamın, səbrin və sistemli işin nəticəsidir. Çətinliklər qarşısında heç vaxt geri çəkilmirlər.

QAZİLER.AZ