Astroloq Oliv Hani 2026-cı ilin sonuna qədər dörd Bürc keçməli olduğu mühüm həyat dərslərini açıqlayıb.
Qaziler.az "Styler"ə istinadən xəbər verir ki, bu bürclərin həyatı 2027-ci ilə qədər müsbət tərəfə əhəmiyyətli dərəcədə dəyişəcək.
Bürclər üçün ilin sonunadək əsas proqnozlar:
Buğa: Məqsədlərin yenidən qiymətləndirilməsi dövrüdür. Adətən qərarlarını çətin dəyişən Buğalar bəzən kompromislərin köhnə plandan daha çox imkan yaratdığını anlayacaqlar. Ətrafdakıların hamısı bu dəyişiklikləri dərhal bəyənməsə də, Buğalar öz istəklərini daha yaxşı başa düşüb gələcəyi inamla quracaqlar.
Tərəzi: Bu aylar özünüdərk və şəxsi sərhədlərin qorunması ilə bağlı olacaq. Başqalarına xoş görünmək prinsipindən əl çəkən Tərəzilər qərarları müstəqil qəbul etməyi öyrənəcəklər. Dekabr ayına qədər onlar enerjilərini tükədən vəziyyətlərdən uzaqlaşıb, həyatlarına yeni və faydalı insanlar qatacaqlar.
Dolça: Çəkilən zəhmətin nəhayət qiymətləndiriləcəyi dövrdür. Dolçalar ətrafa nə qədər böyük təsir imkanlarının olduğunu dərk edəcəklər. İlin sonuna qədər gözlənilməz dəstək və ya layihələrdən xoş qazanclar əldə etmək mümkündür. Əsas şərt – başqalarının fikrinə görə öz inanclarından geri çəkilməməkdir.
Balıqlar: Əlçatmaz görünən arzuların reallaşmasına addım-addım yaxınlaşırlar. Balıqlar öz rahatlıqlarını başqaları üçün qurban vermədən gələcəyi qurmağı öyrənəcəklər. Şəxsi sərhədləri təyin etmək və yeri gələndə "yox" demək bu dövrün ən vacib dərsi olacaq.
QAZİLER.AZ

