Dünya həll olunmamış çoxsaylı böhranlar səbəbindən artıq Üçüncü Dünya Müharibəsinin ilk ilini yaşayır ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Bu müxtəlif böhranları nizamlamasaq, bu gün Üçüncü Dünya Müharibəsinin ilk ilində olmağımız mümkündürmü? Bəli", – deyə o qeyd edib.
Əl-Ənsari hazırda "beynəlxalq sülh və təhlükəsizlikdə real böhran" olduğunu və son on ildə heç bir hərtərəfli sülh müqaviləsinin imzalanmadığını qeyd edib.
Yaxın Şərqdəki vəziyyətdən danışan Qətər rəsmisi qeyd edib ki, hazırkı gərginlik onilliklər boyu davam edən "dondurulmuş və tam həll olunmamış münaqişələrin" nəticəsidir. Əl-Ənsari Fars körfəzi ölkələrinin hazırda regional təhlükəsizlik sisteminin yenidən qurulmasına diqqət yetirdiyini xüsusi qeyd edib.
QAZİLER.AZ

