Xəttiniz hansı xəstəliklərdən əziyyət çəkdiyinizi göstərir

Xəttiniz hansı xəstəliklərdən əziyyət çəkdiyinizi göstərir backend

Xəttiniz təkcə xarakterinizdən xəbər vermir, həm də səhhətinizdəki gizli problemləri və müxtəlif xəstəlikləri üzə çıxarır. Son araşdırmalar yazı üslubunun şizofreniya, autizm və disleksiya kimi bir çox diaqnozun müəyyən edilməsində mühüm rol oynadığını göstərib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, əlyazmaları bəzi xəstəliklər barədə verdiyi "ipucları" verə bilər. Onlar aşağıdakılardır:

• Yüksək qan təzyiqi (Hipertoniya): Daimi daxili həyəcan və əl əsməsi səbəbindən hərflərin ölçüləri qeyri-bərabər olur. Yazıda kəskin dəyişikliklər və "titrəmələr" müşahidə edilir.

• Şizofreniya: Qəbul edilən antipsixotik dərmanlar motorikanı pozur. "MovAlyzer" proqramı vasitəsilə aparılan araşdırmalar şizofreniya xəstələrinin əllərinin sözə baxmadığını və xəttin tamamilə oxunmaz olduğunu təsdiqləyib.

• Hamiləlik: Bir qadının yazı tərzinə baxaraq hamilə olub-olmadığını müəyyən etmək demək olar ki, mümkün deyil, lakin elm adamları hamilə qadınların əl yazısında bəzi xüsusiyyətlər aşkar edə biliblər. Yazıda "o", "p", "f", "u", "d" (kiril qrafikasında) hərflərinin yazılış formasına əsasən hamiləliyi təyin etmək mümkündür. Hətta 6-cı aydan sonra hərflərin sola meylli olması körpənin qız olacağına işarə edir.

• Disleksiya və Autizm: Disleksiyadan əziyyət çəkənlərin yazısı xaotik olur. Autizm və Asperger sindromlu şəxslərdə isə koordinasiya pozulduğu üçün yazı zamanı çoxsaylı fasilələr və qeyri-bərabərlik yaranır.

• Parkinson və Altsheymer: Parkinson xəstələrində barmaqların sərtləşməsi ucbatından xətt həddindən artıq kiçilir (mikroqrafiya). Altsheymer xəstələrində isə qısamüddətli yaddaş itkisi səbəbindən hərflər əksinə, iri və pərakəndə olur.

• Depressiya: Xəttin sağa meylli və nizamlı olması daxili hüzurdan, hərflərin aşağıya doğru sürüşməsi və sətirdən çıxması isə insanın depressiyada olmasından xəbər verir.

QAZİLER.AZ