Ətirləri vanna otağında saxlamayın

Ətirləri vanna otağında saxlamayın backend

Ətir şüşələrinin adi saxlanma yeri hətta bahalı ətrin belə ömrünü qısalda bilər.

Sevimli ətirlər zaman keçdikcə qoxusunu dəyişə, intensivliyini itirə və ya hətta tündləşə bilər. Bunun əsas səbəbi çox vaxt düzgün saxlanılmama, xüsusilə də istilik, işıq və temperatur dəyişikliklərinin mənfi təsiridir.

Qaziler.az bildirir ki, "Good Housekeeping" nəşrinə istinadən  ətirləri saxlamaq üçün ən təhlükəli yerləri və qoxunu uzun müddət qorumağın yollarını təqdim edir.

Bir çox insan duşdan sonra istifadə rahatlığı üçün ətir şüşələrini hamam otağında qoyur. Lakin ekspertlər bu məkanı ətirlərin saxlanması üçün ən pis yerlərdən biri hesab edirlər.

"Good Housekeeping" gözəllik laboratoriyasının direktoru Sabina Vizemann bildirir ki, hamam otağında temperatur, rütubət və işıqlandırma davamlı olaraq dəyişir. Duşdan sonrakı qaynar buxar, lampaların istiliyi və temperaturun qəfil dəyişməsi ətirin kimyəvi tərkibinə birbaşa təsir göstərir.

İstilik və ultrabənövşəyi şüaların təsirindən ətirli komponentlər tədricən parçalanır, uçucu maddələr isə daha tez buxarlanır. Nəticədə, ətir öz ilkin intensivliyini itirə və ya tamamilə fərqli qoxumağa başlaya bilər. Bu səbəbdən hətta qapağı bağlı flakonları belə hamam otağında saxlamaq tövsiyə edilmir.

QAZİLER.AZ