Ən çətin barışan 4 BÜRC

Ən çətin barışan 4 BÜRC backend

Astroloqların fikrincə, onlar üçün mübahisədə güzəştə getmək demək olar ki, məğlubiyyəti etiraf etməklə eynidir.

Astroloqlar münaqişədən sonra barışmağa hazır olma dərəcələrinə görə bürclərin reytinqini tərtib ediblər. Bəziləri üçün səhvini etiraf etmək asan olsa da, digərləri üçün qürurunu tapdalayıb ilk addımı atmaq olduqca çətindir.

Qaziler.az bu reytinqə kimin liderlik etdiyini təqdim edir:

4-cü yer - Qoç
Qoçlar tez alovlanır və mübahisə zamanı artıq-əskik danışa bilirlər. Onlar öz günahlarını ilk olaraq etiraf etməyə həmişə hazır olmurlar, çünki onlar üçün güzəştə getmək qismən məğlub olmaq deməkdir.

3-cü yer - Oğlaq
Oğlaqlar sırf münaqişəni bitirmək xatirinə nadir hallarda üzr istəyirlər. Onlar rasional hərəkət etməyə üstünlük verirlər və əgər mahiyyət etibarilə haqlı olduqlarına əmindirlərsə, üzr istəmək üçün bir səbəb görmürlər.

2-ci yer - Şir
Şirlər üçün səhv edə biləcəklərini etiraf etmək heç də asan deyil, xüsusən də bu vəziyyət başqalarının gözü qarşısında baş veribsə. Daxilən öz hərəkətlərinə görə peşman olsalar belə, qürurları çox vaxt barışmaq üçün ilk addımı atmağa imkan vermir.

1-ci yer - Dolça
Dolçalar onlardan məhz "bağışla" sözünü niyə gözlədiklərini səmimi olaraq anlamaya bilərlər. Onlar münaqişəyə məntiq prizmasından baxmağa meyllidirlər, buna görə də emosional peşmanlıq əvəzinə, sadəcə olaraq vəziyyəti keçmişdə qoymağı təklif edə bilərlər.

Firuzə Alimova / QAZİLER.AZ