Oktyabrın 9-dan etibarən “Gemini” sün intellekt çat-botunun pulsuz versiyasının istifadəçiləri üçün yalnız “Gemini 3.5 Flash-Lite” modeli əlçatan olacaq.
Bu barədə “9to5Google” nəşri məlumat yayıb.
Eyni zamanda ayda 4,99 dollar ödəyən “Google AI Plus” abunəçiləri də “Gemini Pro” modelinə çıxış imkanını itirəcəklər. Lakin, ayda 19,99 dollar ödəyən AI Pro abunəçiləri əvvəllər daha bahalı tarif planında mövcud olan “Deep Think” (Dərin təhlil) funksiyasından istifadə edə biləcəklər.
“Google” oktyabr ayında, həmçinin tapşırıqların mürəkkəblik səviyyəsini müəyyən edən üç rejim — aşağı, orta və yüksək səviyyələrini tətbiq edəcək. Süni intellektin imkanları və istifadə limitlərinin sərfiyyatı seçilmiş səviyyədən asılı olacaq. (trend)

