Türkiyənin İzmir şəhərində keçirilən toy mərasimində maraqlı anlar yaşanıb.
Qaziler.az "milli.az"a istinadla xəbər verir ki, zinət mərasimi zamanı gəlinə "iPhone 18 Pro" hədiyyə edilib. Bahalı hədiyyəni görən gəlinin reaksiyası isə diqqət çəkib. O, qarşısında telefonun təqdim edildiyini gördükdə təəccübünü gizlədə bilməyib və "ağzı açıq" halda qalıb.
Həmin anlar kameraya düşüb və daha sonra sosial şəbəkələrdə paylaşılıb. Gəlinin hədiyyə qarşısındakı reaksiyası izləyicilər arasında müzakirələrə səbəb olub.

