"Modnıy priqovor" verilişinin aparıcısı, stilist Aleksandr Roqov yeni trend olan rəng çalarını açıqlayıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında yazıb.
"Dəb ayının yekunlarını vurmaq vaxtıdır. Kolleksiyalarda yasəmən-bənövşəyi və firuzəyi palitra ilə yanaşı, pastel çəhrayı, yəni “baby pink” trendi də özünü parlaq şəkildə büruzə verdi. Çəhrayının bu çaları keçirilən dəb nümayişlərinin hər üçündən birində nəzərə çarpırdı, bu isə o deməkdir ki, yazı zefir əhval-ruhiyyəsində qarşılayacağıq", — deyə Roqov qeyd edib.
Mütəxəssis həmçinin bildirib ki, Futbol üzrə Dünya Çempionatının yaratdığı effekt səbəbindən üzərində nömrələr olan futbolkalar yenidən dəbə qayıdıb.
QAZİLER.AZ

