Üç bürcün nümayəndəsi Kainatdan mühüm mesaj almaq və çətin bir sınaqdan keçmək üzrədir. Kainat sanki baş verə biləcək səhvlər barədə əvvəlcədən xəbərdarlıq edəcək və hadisələrin gedişatını dəyişdirmək imkanı verəcək. Əsas məqam baş verənlərə göz yummamaq və daxili hisslərə diqqət yetirməkdir.
Qaziler.az həmin bürcləri təqdim edir:
♊ Əkizlər
Əkizlər sürətli qərar qəbul etməyi tələb edən bir vəziyyətlə qarşılaşacaqlar. Şəraitin təzyiqi xüsusilə güclü hiss oluna bilər, lakin bu təsadüfi deyil. Artıq uzun müddətdir diqqət tələb edən bir məsələni təxirə salmağı dayandırmağın vaxtı gəlib çatıb. İlk başda baş verənlər təşviş yarada bilər, lakin daxili hissləriniz sizə doğru istiqaməti göstərəcək.
Baş verən hər şeyə mükəmməl bir izahat tapmağa çalışmayın. Öz intuisiyanıza güvənin və uzun müddətdir cəsarət etmədiyiniz o addımı atın. Məhz bu təkan durğunluq nöqtəsindən tərpənməyə kömək edəcək. Mars və Xironun kvadraturası (astoloji bucaq) sanki sizi hərəkətə keçməyə sövq edir və göstərir ki, bəzən dəyişikliklər üçün kiçik bir təzyiq mütləqdir. Qorxunun sizə qalib gəlməsinə icazə verməsəniz, vəziyyət tədricən sizin xeyrinizə dəyişməyə başlayacaq.
♎ Tərəzi
Tərəzilər rahatlıq hiss edə bilərlər, çünki ciddi bir səhvdən vaxtında yayındıqlarını anlayacaqlar. Siz təhlükəli halları problemlər yaranmazdan əvvəl hiss edə bilmisiniz və məhz bu uzaqgörənlik indi sizin əsas üstünlüyünüz olacaq.
Mars və Xironun kvadraturası avtomatik hərəkət etməməyin nə qədər vacib olduğunu xatırladır. Tək bir yanlış qərar vəziyyəti arzuolunmaz səmtə yönəldə bilər, ona görə də hər şeyi gözdən keçirmək üçün özünüzə vaxt tanıyın. Xoşbəxtlikdən, siz baş verənləri sürətlə təhlil etməyi və hadisələrin bir neçə inkişaf variantını görməyi bacarırsınız. Mümkün nəticələri sakitcə tərəziyə qoysanız, ən doğru yolu seçə biləcəksiniz. Bu təcrübə sizin üçün vacib bir xatırlatma olacaq. Bəzən vəziyyəti dəyişməyin ən yaxşı yolu — təhlükəni vaxtında sezirək artıq addım atmamaqdır.
♐ Oxatan
Bu il sizin üçün xeyli sınaq, məyusluq və itkilər gətirə bilərdi, lakin onlarla birlikdə əvvəllər sahib olmadığınız bir təcrübə qazandınız. İndi əldə olunmuş bilikləri sadəcə çətin günlərin xatirəsi kimi deyil, gələcək həyatınız üçün bir alət kimi istifadə etmək vaxtıdır.
Mars və Xironun kvadraturası göstərir ki, yaşadığınız çətinliklər hədər getməyib. Siz özünüzü, istəklərinizi və enerjinizi həqiqətən nəyə sərf etməyə hazır olduğunuzu daha yaxşı anlamağa başlamısınız. Tədricən qazanılanlar itirilənləri üstələməyə başlayır. Peşmançılıq hissi yerini keçilən yola görə şükranlığa və onun dəyərini anlamağa verir. Həyat hələ də həmişə asan keçmir, lakin siz artıq çətinliklərə fərqli baxmağı bacarırsınız. Vaxtilə məğlubiyyət kimi görünən şeylər, əslində sizin güclənməyinizə kömək etdi və sizi yeni bir mərhələyə hazırladı.
QAZİLER.AZ / Firuzə Alimova

