Tanınmış astroloq Ariya Qmitter 2026-cı ilin oktyabr ayı üçün proqnozunu açıqlayaraq bu ayın dörd bürc üçün xüsusilə uğurlu keçəcəyini bəyan edib.
Qaziler.az bildirir ki, "Your Tango"nun verdiyi məlumata görə, oktyabr ayı bu bürclərə pul, yeni imkanlar və xoş dəyişikliklər vəd edir:
Qoç: Oktyabr ayı yeni fürsətlər və xoş dəyişikliklər gətirəcək. Xüsusilə iş və pulla bağlı gələn təkliflərə diqqətlə yanaşmaq, ilk baxışda perspektivsiz görünən imkanlardan dərhal imtina etməmək tövsiyə olunur.
Xərçəng: Maliyyə problemlərinin daha rahat həll olunacağı bir dövr başlayır. Yeni gəlir mənbələrinin tapılması və ya maddi rifahın yaxşılaşması gözlənilir. Astroloq istəkləri dilə gətirməkdən və şanslardan istifadə etməkdən qorxmamağı məsləhət görür.
Tərəzi: Maddi məsələlər və peşəkar planlarda bəxt Tərəzilərin üzünə güləcək. Keçmişdə görülən işlər artıq nəzərəçarpan nəticələr verəcək. Bununla belə, qazanılan pulları dərhal xərcləməmək, gələcək maliyyə sabitliyi barədə düşünmək vacibdir.
Oğlaq: Böyümə və yeni qazanc perspektivləri açılır. Uğur yeni iş müqavilələri və ya çoxdan təxirə salınmış qərarlar sayəsində gələ bilər. Əsas şərt - vərdiş olunmuş yanaşmaları dəyişməkdən qorxmamaqdır.
QAZİLER.AZ

