Dünyanın ən qorxulu adətləri: Ölüləri qəbirdən çıxarıb bəzəyirlər, körpələrin üzərindən tullanırlar

Dünyanın ən qorxulu adətləri: Ölüləri qəbirdən çıxarıb bəzəyirlər, körpələrin üzərindən tullanırlar backend

Bu günə qədər qorunub saxlanılan heyrətamiz adətlər

Dünyanın müxtəlif ölkələrində qədim köklərə malik olan və bu gün də qorunub saxlanılan qeyri-adi adət-ənənələr mövcuddur.

Kənardan baxanlar üçün çox vaxt dəhşətli və ya şokedici görünən, lakin yerli xalqlar üçün milli kimliyin bir hissəsi hesab olunan bəzi adətlər hələ də icra edilir.

Qaziler.az xarici mətbuata istinadən bu adətləri təqdim edir:

  • İndoneziya (Manene ritualı): Cənubi Sulavesi əyalətində toraca xalqı bir neçə ildən bir dünyasını dəyişmiş yaxınlarının cəsədlərini sərdabələrdən çıxarır. Cəsədlər təmizlənir, geyindirilir, daranır və hətta onlarla ailəvi fotoşəkillər çəkdirilir. Bu, nəsillər arası əlaqəni qorumaq məqsədi daşıyır.
  • Madaqaskar (Famadihana adəti): Merina xalqı hər 5–7 ildən bir əcdadlarının qalıqlarını qəbirdən çıxararaq yeni ipək parçaya bükür, musiqi və rəqs sədaları altında məqbərənin ətrafında gəzdirirlər. Xristian kilsələrinin tənqidlərinə baxmayaraq, bu ənənə hələ də yaşayır.
  • İspaniya (El Kolaço festivalı): Kastriyo de Mursiya şəhərində "şeytan" kostyumu geyinmiş kişilər döşəklərin üzərinə uzadılmış körpələrin üzərindən tullanırlar. Bu ayinin uşaqları günahlardan və xəstəliklərdən qoruduğuna inanılır. Tədbir zamanı tibb işçiləri növbə çəkir.
  • Tailand (Sərt bədən sınaqları): Puketdə keçirilən "Vegetarian festivalı" zamanı trans vəziyyətinə düşən mediumlar bədənlərini, yanaqlarını və dillərini müxtəlif kəsici alətlərlə deşir, köz üzərində gəzirlər. Bu ritualın məqsədi daxili təmizlənmə və mənəvi nizam-intizam nümayiş etdirməkdir.                                                                                                                                                      QAZİLER.AZ