Astroloqlar bəyan etdi: Ən kinli və bağışlamağı bacarmayan bürclərin siyahısı

Astroloqlar bəyan etdi: Ən kinli və bağışlamağı bacarmayan bürclərin siyahısı backend

Astroloqlar bürclərin inciklikləri və incisə da, bağışlaya bilməmə xüsusiyyətlərini təhlil edərək maraqlı bir reytinq hazırlayıblar.

Qaziler.az bildirir ki, "Styler" nəşrinin məlumatına görə, incikliyi ən çətin unudan və bağışlamayan bürclərin siyahısına Skorпион (Əqrəb) başçılıq edir. Reytinqin tam siyahısı aşağıdakı kimidir:

  • 12-ci yer – Oxatan: Neqativə vaxt itirmir, tez unudur və növbəti gün başqa maraqlı işlərə keçir.
  • 11-ci yer – Dolça: İnciyə bilər, amma problemi uzatmaz. Sadəcə qarşı tərəfdən uzaqlaşıb yoluna davam edir.
  • 10-cu yer – Əkizlər: Sərt reaksiya versə də, fikri tez yayınır. Lakin mövzu açılsa, bütün detalları xatırlayacaq.
  • 9-cu yer – Qoç: Tez əsəbləşir, amma tez də sakitləşir. İncikliyi aylarla daxilində saxlamaqdansa, dərhal üzə deməyə üstünlük verir.
  • 8-ci yer – Tərəzi: Münaqişəni sevmir, sülhə can atır. Lakin ciddi sarsıntıların acısı xaricən bağışlasa belə, daxilində uzun müddət qalır.
  • 7-ci yer – Balıqlar: Sözlərə qarşı çox həssasdır. İncinməsini biruzə verməsə də, hadisəni daxilində aylarla yaşaya bilər.
  • 6-cı yer – Şir: Çox şeyi bağışlayar, amma qüruruna toxunan və ictimaiyyət qarşısında edilən hörmətsizliyi heç vaxt unutmaz.
  • 5-ci yer – Qız: Detalları mükəmməl xatırlayır. İllər keçsə və mövzu bağlanılsa belə, kimin nə vaxt, nə dediyini unutmur.
  • 4-cü yer – Oğlaq: Hər xırda şeyə dram yaratmır. Amma güvəni bircə dəfə sarsılsa, həmin şəxslə əvvəlki münasibəti bərpa etmək qeyri-mümkündür.
  • 3-cü yer – Buğa: Səbirlidir, lakin səbiri daşarsa, geri dönüş olmur. Xaricən sakit görünsə də, ona toxunan hadisəni illərlə unutmur.
  • 2-ci yer – Xərçəng: Emosional hadisələri buraxa bilmir. Xəyanətə uğradığını və ya haqsızlıq edildiyini düşünsə, incikliyi ömrü boyu xatırlayır.
  • 1-ci yer – Əqrəb: İnclikləri yadda saxlamada mütləq liderdir. Hisslərini büruzə verməsə də, ona edilən səhvi əsla unutmur.