Həftə sonu üçün geomaqnit xəbərdarlığı

Həftə sonu üçün geomaqnit xəbərdarlığı backend

Həftə ərzində Yer kürəsinin geomaqnit sahəsində dəyişikliklər gözlənilsə də, güclü maqnit qasırğası proqnozlaşdırılmır.

Qaziler.az bildirir ki, "Styler"ın ABŞ-ın Kosmik Hava Proqnozları Mərkəzinin (NOAA) məlumatlarına istinadən verdiyi xəbərə görə, 29 sentyabr – 3 oktyabr tarixlərində geomaqnit sahəsi tamamilə sakit olacaq və "Kp" indeksi 2-ni keçməyəcək. Geomaqnit aktivliyin yüksəlməsi isə yalnız 4 oktyabrda gözlənilir. Həmin gün "Kp" indeksinin 4-ə yüksələcəyi bildirilir ki, bu da aktiv faza sayılsa da, hələ qasırğa (G1 səviyyəsi üçün indeks 5 olmalıdır) səviyyəsi deyil.

Avropa Kosmik Agentliyinin izahına görə, Günəşdə baş verən plazma püskürmələri Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək bu cür geomaqnit dalğalanmalara səbəb olur. Güclü qasırğalar peyk naviqasiyasına, radiorabitəyə və enerji şəbəkələrinə təsir göstərə bilsə də, bu həftə üçün narahatlığa ciddi əsas yoxdur. Bununla belə, Günəş küləyinin sürətindən asılı olaraq göstəricilər dəyişə biləcəyi üçün proqnozların mütəmadi yenilənməsi tövsiyə olunur.

QAZİLER.AZ