Qırğızıstanda qoç bir milyon dollara satıldı

Qırğızıstanda qoç bir milyon dollara satıldı backend

Qırğızıstanda "Araşan" cinsindən olan bir qoç bir milyon dollara satılıb.

Qaziler.az “Kazinform”a istinadla xəbər verir ki, sözügedən heyvan, 2023-cü ildə Qazaxıstanda 150 min dollara satın alınmış "Frankel" ləqəbli qoçun törəməsidir.

Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu nəhəng müqavilə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan fermerlərinin iştirakı ilə keçirilən beynəlxalq festivalda bağlanıb. Layihə məhz "Araşan" cinsinin inkişafına həsr olunub.

Bu cins Qırğızıstanda rəsmi olaraq 2021-ci ildə qeydiyyata alınıb. Onun yaradılması üzərində işlərə hələ 1970-ci illərdə Çuy vilayətindəki Maşın-Sınaq Stansiyasında başlanılıb. Çarpazlaşdırma üçün Tacikistandan gətirilmiş "Hissar" cinsindən olan qoçlardan və yerli kobudyunlu qoyunlardan istifadə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, “Araşan” cinsi yüksək məhsuldarlığı ilə seçilən yumşaq, şirəli ət və yağlı quyruğu ilə tanınır. Cins dağlıq şəraitə və düzənlik çöllərinə yaxşı adaptasiya olunub. Bu cinsin qoyunları dözümlüdür, otlaqlarda uzunmüddətli otarılmağa və həmçinin tövlə şəraitində saxlanılmağa yaxşı dözürlər.

QAZİLER.AZ