Bu gün də bürclərin şəxsi həyatında maraqlı, kədərli, sevindirici hadisələr baş verə bilər.
Qaziler.az xarici mətbuata istinadən sentyabrın 21-nə olan sevgi qoroskopunu təqdim edir.
Qoç: Taleyüklü tanışlıq gözlənilir. Subaylar üçün görüşlər uğurlu keçəcək, evliləri isə axşam saatlarında xoş erotik sürpriz gözləyir.
Buğa: Münasibətlərdə xırda soyuqluq yarana bilər, neqativ hissləri gizlətməyin. Günün ikinci yarısında tərəfdaşınızı kiçik bir hədiyyə ilə sevindirin.
Əkizlər: Şəxsi həyatınız mükəmməl məcrada davam edir. Subay Əkizlər üçün uzunmüddətli və ehtiraslı bir romana çevriləcək uğurlu tanışlıq şansı var.
Xərçəng: Həddindən artıq romantik ovqatdasınız. Hisslərinizi etiraf etmək üçün ideal gündür, mütləq qarşılıq görəcəksiniz. Toy və nişan hazırlıqları uğurla nəticələnəcək.
Şir: Bu gün olduqca əsəbi ola bilərsiniz və bu, sevgilinizlə münasibətə təsir edəcək. Problemləri ürəkdən gələn səmimi söhbətlə həll edin, incikliyi qəlbinizdə saxlamayın.
Qız: Yeni başlayan münasibətlərdə anlaşılmazlıqlar ola bilər. Lakin evli cütlükləri harmoniya və xoş bir xəbər – ailədə körpə olacağı müjdəsi gözləyir.
Tərəzi: Bu günü sevdiyiniz şəxsə həsr edin. Birlikdə ev işləri görmək, səyahət planlaşdırmaq və axşamı restoranda keçirmək münasibətlərə müsbət təsir edəcək.
Əqrəb: Münasibətləriniz dalana dirənib. Səbəb davamlı mübahisələr və inamsızlıqdır. Hisslərinizi təhlil edin; bəlkə də, artıq qorunası bir sevgi qalmayıb.
Oxatan: Sizin gününüzdür! Yeni tanışlığın sürətlə simpatiyaya çevrilmək ehtimalı var. Lakin ani ehtirasa qapılıb böyük ümidlər bəsləməyin, hər şey tez də bitə bilər.
Oğlaq: Oğlaq qadınlarını sevgi dolu və harmonik bir gün gözləyir, pərəstişkarlarınız artacaq. Kişilər üçün isə gözlənilməz tanışlıq tezliklə ciddi və ehtiraslı münasibətə çevriləcək.
Dolça: Tezliklə əsl sevginin nə olduğunu anlayacaqsınız. Çox güman ki, iş mühitindən tanıdığınız biri ilə aranızda rəğbət yaranacaq. Şəxsi həyatınızı iş yerində reklam etməyin.
Balıqlar: Gərginlik pik həddədir. Güzəştə getməmək ciddi ayrılığa səbəb ola bilər. Problemi mübahisə ilə deyil, xoş sözlər və qucaqlaşmaqla həll etməyə çalışın.
QAZİLER.AZ

