Süni intellekt modelləri öz aralarında yeni dil yaradıblar

Süni intellekt modelləri öz aralarında  yeni dil yaradıblar backend

Süni intellekt (Sİ) modelləri ünsiyyət qurmaq üçün ingilis dilinin öz versiyasını yaradıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” “Emergence” laboratoriyasının tədqiqatçılarına istinadən yazır.

Məqalədə qeyd olunur ki, Sİ-nin yaratdığı dil irlandiyalı modernist yazıçı Ceyms Coysun metaforaları ilə texniki jarqonun qarışığına bənzəyir.

Təcrübə zamanı bir neçə iri şirkətə məxsus avtonom Sİ agentləri “cəmiyyətlər” halında birləşdirilib və onlara bir-biri ilə qarşılıqlı əlaqədə olmaq təklif edilib. Artıq bir neçə gün sonra modellər xüsusi olaraq öyrədilmədikləri ifadələrdən, qısaltmalardan və yeni mənalardan istifadə etməyə başlayıblar.

Ünsiyyət davam etdikcə Sİ-nin dili getdikcə daha anlaşılmaz xarakter alıb: modellər qeyri-adi metaforalardan və yenidən mənalandırılmış terminlərdən istifadə ediblər.

Tədqiqatçılar hesab edirlər ki, belə bir tendensiya daha güclü Sİ sistemlərinin davranışına nəzarəti çətinləşdirə bilər.

QAZİLER.AZ