Türkiyəli məşhur aktrisa Devrim Yakut Azərbaycan mahnısını ifa edib.
Qaziler.az axşam.az-a istinadla xəbər verir ki, aktrisa SSRİ Xalq artisti Rəşid Behbudovun repertuarından “Sənə də qalmaz” mahnısını ifa edib.
Onun sözləri Xalq şairi Rəsul Rza, musiqisi isə bəstəkar Tofiq Quliyevə məxsus “Sənə də qalmaz”ı oxuması gündəm olub.
Xatırladaq ki, Devrim Yakut “Cesur ve güzel”, “Camdaki kız”, “Payitaht Abdülhamid”, “Kirli sepeti”, “Rüya gibi” və “Delikanlı” kimi məşhur film və seriallarda rol alıb. Aktrisa yaxın zamanda “Güneşin doğduğu yer” serialında da tamaşaçı qarşısına çıxacaq.

