Alimlərdən təəccüblü Taylor Svift qərarı: Yeni böcək cinsinə müğənninin adı verilib

Alimlərdən təəccüblü Taylor Svift qərarı: Yeni böcək cinsinə müğənninin adı verilib backend

Alimlər yeni müəyyən edilmiş böcək cinsinə dünyaca məşhur müğənni Taylor Sviftin adını veriblər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Kaliforniya Universitetinin Riversayd kampusunun tədqiqatçıları yeni müəyyən edilən böcək cinsini Taylor Swift-dən ilhamlanaraq “Swiftiephylus” adlandırıblar.

Yeni cinsə daxil olan dörd fərqli növ də müəyyən edilib: Swiftiephylus taylorae, Swiftiephylus amator, Swiftiephylus intrepidus və Swiftiephylus poetorum.

Növlərin adlandırılmasında Sviftin adı ilə yanaşı, müğənninin “Lover”“Fearless” və “The Tortured Poets Department” albomlarından da ilhamlanılıb.

Tədqiqat nəticəsində yeni növlərin ot yeyən olduğu və Avstraliyaya məxsus Allocasuarina bitkiləri ilə sıx əlaqədə yaşadığı müəyyənləşdirilib.

QAZİLER.AZ