Ronaldonun adı Türkiyədə yeni doğulan körpəyə verildi

Ronaldonun adı Türkiyədə yeni doğulan körpəyə verildi backend

Türkiyənin Diyarbəkir şəhərində yaşayan inşaat işçisi Rəcəb Karakaş bir ay əvvəl dünyaya gələn oğluna Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonun adını verib.

Qaziler.az “NTV Spor”a istinadən xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı bu addımı hücumçunun mərhəmətli olmasına və ehtiyacı olan insanlara göstərdiyi dəstəyə görə atdığını bildirib.

Rəcəb Karakaş qeyd edib ki, gələcəkdə daha bir oğul övladı dünyaya gələrsə, ona da Ronaldonun mərhum atası Joze Diniş Aveyrunun adını qoyacaq.

AZƏRTAC