Alimlər orta yaş anlayışının dəyişdiyini düşünürlər

Alimlər orta yaş anlayışının dəyişdiyini düşünürlər backend

Son araşdırmalar göstərir ki, gəncliklə orta yaş arasındakı sərhəd getdikcə daha da qeyri-müəyyənləşir. Uzunömürlülük və sağlam həyat tərzi insanın xarici görünüşünü və fiziki formasını uzun müddət qoruyub saxlamağa imkan verir. Bu səbəbdən bəzi alimlər hesab edirlər ki, orta yaşın başlanğıcı 41 deyil, 53 yaş kimi qəbul edilməlidir.

İnsanın “orta yaşlı” kateqoriyasına aid edilməsinə günortadan sonra yatmaq istəyi, rahatlığa üstünlük vermək, bel problemlərinin yaranması və axşamı evdə, sakit şəraitdə keçirməyə üstünlük verməsi kimi xüsusiyyətlər səbəb ola bilər.

“Benenden Health” şirkətinin sifarişi ilə aparılan araşdırma göstərib ki, 50 yaşdan yuxarı insanların demək olar ki, yarısı hələ orta yaşa çatmadıqlarını düşünür. Respondentlərin dörddə üçü isə hazırda müxtəlif yaş qrupları arasındakı fərqi əvvəlkindən daha az hiss etdiklərini bildirib.

Araşdırmaya görə, hər 10 nəfərdən 8-i “orta yaş” anlayışının dəqiq yaş sərhədlərini dərhal müəyyənləşdirə bilmir. Onların fikrincə, orta yaş daha çox insanın psixoloji vəziyyətindən deyil, fiziki formasından asılıdır.

“Britaniyalılar, xoşbəxtlikdən, ənənəvi ‘orta yaş’ anlayışını geridə qoyublar. Çünki gənc və yaşlı insanların necə təsnif edilməli olduğu ilə bağlı sərhədlər getdikcə daha da bulanıqlaşır”, — deyə “Benenden Health”in hesabatında bildirilir.

Ekspertlərin fikrincə, daha sağlam və aktiv həyat tərzi də daxil olmaqla bir sıra amillər insanların yaş artdıqca gündəlik vərdişlərə münasibətini dəyişir. Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, “orta yaş” termini getdikcə əvvəlki əhəmiyyətini itirir.

QAZİLER.AZ