Hollivud aktyoru Silvester Stallone qızının 30-cu yaş günündə onunla birgə fotosunu dərc edib. Aktyor Sofiyanın illər ərzində necə dəyişdiyini göstərmək üçün onun uşaqlıq şəkillərini paylaşıb.
Qaziler.az xəbər verir ki, o, ad günü sahibinə "Instagram"da xüsusi post həsr edib.
"30 ildir ki, səninlə fəxr edirəm. Ad günün mübarək, mənim möhtəşəm qızım Sofiya. Biz səni həmişə sevirik", — deyə aktyor yazıb.
Stallonenin model Cennifer Flavindən üç övladı var: Sofiya, Sistin və Skarlet. Cütlük Hollivud restoranlarının birində tanış olub, daha sonra isə "Rokki 5" filminin çəkilişlərində qarşılaşıblar. Aktyor özündən 22 yaş kiçik olan sevgilisinə evlilik təklifi etməyə tələsməyib. Onlar yalnız Sofiya dünyaya gəldikdən sonra rəsmi nikaha daxil olublar.
QAZİLER.AZ

