Fil balası on dəqiqəlik qapalı ürək masajından sonra ayıldıKeçmiş xilasedici Mana Srivate motosikletin vurduğu fil balasını xilas edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, kişi balaya qapalı ürək masajı edib. Mana, fil balası ayılana qədər təxminən on dəqiqə reanimasiya tədbirləri həyata keçirib."Uzun müddət həyat xilas etmək mənim işim olub, ona görə də demək olar ki, instinktiv reaksiya verdim, — deyə Mana bildirib, — mən əvvəllər bu masajı onlarla dəfə etmişdim, lakin heç bir insanı həyata qaytara bilməmişdim. Fil balasının həyatını xilas edə bildiyim üçün çox xoşbəxt idim, xüsusən də onun meşədə yaxınlıqda olan anasının onu necə çağırdığını və axtardığını eşitdiyim zaman..."
QAZİLER.AZ

