Sosial şəbəkələrdə yayılan gəlin və qayınananın görüntüləri qısa zamanda geniş maraq doğurub.
Qaziler.az xəbər verir ki, videoda qayınananın gəlinini ad günü münasibətilə təbrik etdiyi, daha sonra isə aralarında səmimi söhbətin baş tutduğu əks olunub. Tərəflər söhbət zamanı bir-birlərinə həm razılıqlarını, həm də narazı qaldıqları məqamları açıq şəkildə ifadə ediblər.
Səmimi dialoq izləyicilərin diqqətini çəkib və sosial mediada müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər onların münasibətlərini nümunə göstərərək açıq danışmağın vacibliyini vurğulayıblar. Digərləri isə videodakı söhbəti fərqli rakursdan qiymətləndirərək müxtəlif fikirlər səsləndiriblər.
Qısa müddətdə minlərlə baxış toplayan görüntülər sosial şəbəkələrin ən çox müzakirə olunan paylaşımlarından birinə çevrilib.
Milli.az

