"iPhone 20"nin yubiley variantında hansı yeniliklər olacaq? - Detallar sızdı

"iPhone 20"nin yubiley variantında hansı yeniliklər olacaq? -  Detallar sızdı backend

"Apple" şirkəti yubiley smartfonu olan "iPhone 20"nin istehsalı üçün konveyer xətlərini hazırlamağa başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Çinin "Weibo" sosial şəbəkəsindəki səhifəsində nüfuzlu insayder "Fix Focus Digital" məlumat verib.

İnsayderin sözlərinə görə, şirkət gələcək cihazda gözlənilən konstruktiv dəyişiklikləri nəzərə alaraq istehsal güclərini artıq modernləşdirir. Ən mühüm yeniliklərdən biri son nəsil "iPhone"larda imtina edilən şüşə arka panelin geri qayıtması ola bilər.

İnsayder həmçinin iddia edir ki, yeni modelin istehsal prosesi şirkətin "iPhone Air" üçün istifadə etdiyi texnologiya ilə bir çox cəhətdən bənzərlik təşkil edəcək.

Şayiələrə görə, "iPhone20" modeli hər dörd tərəfdən qövsvarı ekranla təchiz olunacaq. Bundan əlavə, "Apple" ilk dəfə "Face ID" sistemini tamamilə ekranın altına inteqrasiya edə bilər.

Qeyri-rəsmi məlumatlara görə, "Apple" dinamik diapazonu genişləndirməyə və çətin işıqlandırma şəraitində çəkiliş keyfiyyətini artırmağa imkan verən "LOFIC" texnologiyalı sensordan istifadə etmək imkanlarını nəzərdən keçirir.

QAZİLER.AZ