Castin Biber 2026-cı ildə Nyu-Yorkda keçiriləcək Futbol üzrə Dünya Çempionatının finalında çıxış edəcək ulduz sənətçilərin siyahısına daxil olub.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, kanadalı pop ulduz turnir tarixində ilk dəfə iyulun 19-da keçiriləcək möhtəşəm fasilə şousu (halftime show) çərçivəsində Madonna, Şakira və K-pop qrupu BTS ilə birlikdə səhnəyə çıxacaq.
Bu 11 dəqiqəlik proqramda Burna Boy, dirijor Qustavo Dudamel, "Coldplay" qrupu ilə birlikdə PS22 uşaq xoru, eləcə də "Sezam küçəsi"ndən məşhur mapet kuklaları iştirak edəcək. Şou FIFA-nın Qlobal Təhsil Fonduna (Fifa Global Citizen Education Fund) dəstək məqsədilə təşkil olunub.
Dünya çempionatındakı bu unikal çıxışa "Coldplay" qrupunun solisti Kris Martin rəhbərlik edəcək. Performansın əsas məqsədi təhsil fondu vasitəsilə bütün dünyadakı uşaqlara kömək etmək üçün 100 milyon dollar toplamaqdır.
Kolumbiyalı diva Şakira və əvvəllər Dünya Kubokunu üç Şimali Amerika ölkəsində möhtəşəm şoularla açan nigeriyalı musiqiçi Burna Boy yenidən birlikdə səhnəyə çıxıb ən böyük hitlərini ifa edəcəklər.
QAZİLER.AZ



