Dünyanın ən sülhsevər ölkələrinin REYTİNQİ

Dünyanın ən sülhsevər ölkələrinin  REYTİNQİ backend

Qazaxıstan 2026-cı il Qlobal Sülh İndeksində mövqeyini ötən illə müqayisədə beş pillə yaxşılaşdıraraq 44-cü yerə yüksəlib.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.

İqtisadiyyat və Sülh İnstitutu (IEP) yeni reytinq dərc edib. Ekspertlər 163 müstəqil dövləti cinayətkarlıq səviyyəsi, daxili münaqişələr, ictimai təhlükəsizlik və hərbiləşmə dərəcəsi daxil olmaqla 23 meyar əsasında qiymətləndiriblər.

Qazaxıstanın Sülh İndeksi 1.771 təşkil edərək dünyanın ən sülhsevər 50 ölkəsi arasında yer alıb.

Mərkəzi Asiya ölkələri arasında yalnız Özbəkistan Qazaxıstandan daha yüksəkdə qərarlaşıb və 1.726 indeksi ilə 10 pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb.

Qazaxıstandan sonra Tacikistan (47-ci yer) (1.799), Qırğızıstan (61-ci yer) (1.853) və Türkmənistan (66-cı yer) (1.903) gəlir.

"Ermənistan postsovet ölkələri arasında ən əhəmiyyətli irəliləyiş nümayiş etdirərək 21 pillə irəliləyərək 51-ci yerə yüksəlib ki, bu da regionda dinamika baxımından ən yaxşı nəticə olub", - məlumatda deyilir.

2026-cı ildə dünyanın ən yüksək göstəricilərinə İslandiya (1.161), Yeni Zelandiya (1.343) və İsveçrə (1.363) nail olub. Ukrayna (160-cı) və Rusiya (163-cü) siyahının sonunda yer alıb.