Tənqidlərdən sonra “Şrek-5”in yeni treyleri yayımlandı - VİDEO

Tənqidlərdən sonra “Şrek-5”in yeni treyleri yayımlandı -  VİDEO backend

"Universal Pictures" şirkəti "Şrek-5" cizgi filminin yeni treylerini nümayiş etdirib.

Qaziler.az xəbər verir ki, videoçarx "YouTube" platformasında dərc olunub.

Belə ki, treylerdə ilk dəfə olaraq Fiona və Şrekin artıq böyümüş oğulları – Ferqyus və Farkl göstərilib. Yeni ekran əsərində Uzunqulaq ailəsi ilə birlikdə uzaq-uzaq diyarlarda yerləşən sehrli bir ölkəyə səfər edəcək.

Ekran işi 30 iyun 2027-ci ildə kinoteatrlarda yayımlanacaq. Eddi Mörfi yenidən Uzunqulaq obrazını səsləndirəcək. Mayk Mayers növbəti dəfə Şrekə, Kemeron Dias isə Fionaya səs verəcək. Zendaya da aktyor heyətinə qoşulub və nəhənglərin qızı Felisiyanı canlandıracaq. Ferqyus və Farklı isə komik Marsello Ernandes və aktyor Skayler Gizondo səsləndirəcəklər.

Qeyd edək ki, "Şrek-5"in ilk rəsmi treyleri 2025-ci ilin fevralında işıq üzü görmüşdü. Sosial şəbəkələrdə franşizanın pərəstişkarları məşhur qəhrəmanların yeni dizaynına görə çarxı kəskin tənqid etmişdilər. Xüsusilə Şrekin görünüşü insanlarda narazılıq yaratmışdı. Yeni treylerdə müəlliflərin nəhəngin xarici görkəmini dəyişdiyi hiss olunur.

QAZİLER.AZ