Messi “ChatGPT”nin siması oldu

Messi “ChatGPT”nin siması oldu backend

"OpenAI" süni intellekt əsaslı "ChatGPT" platformasının yeni reklam çarxını yayımlayıb.

 

Axşam.az xəbər verir ki, qısa videoda 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisinin hücumçusu Lionel Messi iştirak edir.

 

Reklamda Messi "ChatGPT"dən öz şəklini redaktə etməsini xahiş edir. O, saçlarının Argentina bayrağının rənglərinə boyanmasını istəyir. Süni intellekt şəkli emal etdikdən sonra futbolçu yenilənmiş görüntünü komanda söhbətinə göndərir.

 

Paylaşımda istifadəçilərə də oxşar funksiyanı sınamaq tövsiyə olunur.

 

“Saçlarımı ölkəmin bayrağının rənglərinə uyğun dəyiş, lakin görünüşün təbii qalmasını təmin et. Əgər ölkə və ya şəkil göstərilməyibsə, bunu dəqiqləşdir".

 

"OpenAI" bununla "ChatGPT"nin şəkil redaktəsi imkanlarını nümayiş etdirməyi hədəfləyir.