Psixoloq paltarları stula yığmaq vərdişini izah etdi

Psixoloq paltarları stula yığmaq vərdişini izah etdi backend

Psixoloq Navarrete deyir ki, praktik insanlar paltarları qatlayıb stulun üstünə yığırlar.

Psixoloq Sarah Navarrete bir çox insanın paltarlarını şkafın içinə qoymaq əvəzinə stula yığmağın səbəbini izah edib.

Qaziler.az bildirir ki, o, "Hola" nəşri ilə söhbətində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

Navarrete iddia edir ki, bu vərdişi olan insanlar praktikdirlər, çünki onlar həmişə daha təcili məsələlərə üstünlük verirlər.

Başqa sözlə, mütəxəssis izah etdi ki, onlar əvvəlcə dərhal nəticəsi olan işlərlə məşğul olurlar və kiçik, gündəlik işləri sonraya saxlayırlar. 

Digər tərəfdən, o əlavə etdi ki, paltarları stulun üstünə yığmaq streslə də əlaqəli ola bilər.

Bundan əlavə, Navarrete qeyd edib ki, bu vərdiş adətən qeyri-müəyyənliklə əlaqələndirilir. Məsələn, bir insan hələ yuyulacaq qədər çirkli olmayan, lakin yenidən şkafa qoyulacaq qədər təmiz olmayan geyimləri stulda qoya bilər.

O, nəticədə bu qətiyyətsizlik paltar yığınına gətirib çıxarır, deyə o, fikrini yekunlaşdırıb.

QAZİLER.AZ