Ceki Çanın iştirakı ilə əfsanəvi franşizanın yeni filmi olan "Tanrının yaraqları 4: Ultimatum"un çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.
"Variety" xəbər verir ki, filmin istehsalına iyulda başlanacaq, dünya premyerası isə 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.
Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq. Layihə məşhur "Tanrının yaraqları" filmlər seriyasının Mərkəzi Asiya və Azərbaycanda çəkilmiş ilk hissəsi olacaq.
Filmin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsay olacaq. İstehsalla Qazaxıstanın "Salem Entertainment" şirkəti məşğul olur.
Süjetə əsasən, Ceki Çanın qəhrəmanı - Asiya qırğısı - uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş "Tumar" adlı qədim artefaktın axtarışlarına yenidən qayıdır.
Ceki Çan özü qeyd edib ki, regiondakı tərəfdaşlarla əməkdaşlıq yeni vizual və yaradıcılıq imkanları açacaq.
"Tanrının yaraqları" franşizası hələ 1986-cı ildə başlayıb və Ceki Çanın iştirak etdiyi ən populyar döyüş filmləri seriyasından birinə çevrilib. Sonuncu film – "Çin təqvimi" - 2012-ci ildə ekranlara çıxaraq prokatda 140 milyon dollardan çox gəlir toplayıb.
Report.az



