Nepalda küçədə iki kərgədan arasında baş verən dava videoya çəkilib.
Nepalda iki kərgədan şəhərə girərək döyüşüb.
Qaziler.az bildirir ki, bu barədə NDTV məlumat verib.
Şahidlərin sözlərinə görə, toqquşma yetkin heyvanla daha cavan heyvan arasında baş verib. Onların ərazi uğrunda mübarizə etdiyi güman edilir. Kərgədanlar küçələrdə qaçaraq mağazalarda kəllə-kəlləyə döyüşüblər.
Döyüş videoya çəkilib.
Nəhayət, kərgədanlardan biri geri çəkilib və qalib gələn ağaclardan çiçək yeməyə gedib.
İnsanlar arasında zərər çəkən olmayıb.
QAZİLER.AZ



