Səhvən başqasının mənzilinə girən qadın elə oradaca yatdı

Səhvən başqasının mənzilinə girən qadın elə oradaca yatdı backend

Eldar Ryazanovun çəkdiyi "Həmişə təmizlikdə və ya qeyri-adi təsadüf" ikiseriyalı filmdə baş verən hadisənin bəzi məqamları həyatda gerçəkləşib. Filmin süjet xətti ilə bu günlərdə baş verən hadisə arasında fərq çox olsa da oxşarlıq da az deyil. Filmdə Jenyanın başına gələnləri bu dəfə moskvalı qadın yaşayıb...

Belə ki, səhvən başqasının mənzilinə girən moskvalı qadın mənzilin avadanlıqlarına belə məhəl qoymadan çarpayıya uzanaraq dərhal yuxuya gedib.

Qaziler.az bildirir ki, bu barədə Telegram kanalı "Shot" xəbər verir.

Dəvət olunmamış qonağı 22 yaşlı qız aşkar edib. O, mətbəxdə səhər yeməyi yeyirmiş. Qız qonşu otaqdan qəribə səslər eşidib. Məlum olub ki, yad qadın yataqda uzanıb.

Mənzilə necə girdiyini və orada nə etdiyini öyrənmək üçün onu oyadıblar. Məlum olub ki, moskvalı qadın May bayramını dostları ilə qeyd edib, sərxoş olan qadın evinə dönərkən mərtəbələri səhv salıb və yad mənzilə girib. O, çarpayıya uzanıb və dərhal yuxuya gedib.

Qəribəsi odur ki, o, özünün olmayan yataqdan və ya mənzildə ev heyvanlarının olmasından narahat olmayıb.

QAZİLER.AZ