Dünyanın ən böyük pazlını o yığdı - 60 min detal və 4 il vaxt...

Dünyanın ən böyük pazlını o yığdı -  60 min detal və 4 il vaxt... backend

Kolorado ştatında bir kişi dünyanın ən böyük pazlını yığmağı bacarıb. Bütün 60 min detalı vahid mənzərədə birləşdirmək üçün dörd il vaxt və 800 saatdan çox əmək sərf olunub.

Qaziler.az xəbər verir ki, bu barədə "KRDO" telekanalı məlumat yayıb.

Məlumata görə, Lu Salas adlı şəxs "Dowdle" şirkətinə məxsus dünyanın ən böyük pazlına sahib olub. Əyləncəli oyun hər birində 1000 detal olan 60 qutuda təqdim edilib. Salasın sözlərinə görə, bütün bu müddət ərzində səkkiz yaşlı nəvəsi ona kömək edib.

Dünyanın yeddi qitəsini və yüzlərlə möcüzəsini təsvir edən tamamlanmış pazl, demək olar ki, üç maşın qarajının sahəsi böyüklükdədir.

QAZİLER.AZ