Altayda dövlət böyüklüyündə torpaq sahələri satılır

Altayda dövlət böyüklüyündə torpaq sahələri  satılır backend

Sahəsi bəzi dövlətlərlə müqayisə oluna biləcək torpaq sahələri Altayda, Kalininqrad və Tver vilayətlərində satılır.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" "Yandex"ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ən böyük torpaq sahələrindən biri Altay dağlarında yerləşən 169 min sotluq (1,69 min hektar) sahədir ki, bu da təxminən San-Marino dövlətinin ərazisinin üçdə birinə bərabərdir.

"Torpaq Karakol kəndi və Karakol dağ göllərinin yaxınlığında yerləşən yeddi qonşu torpaq sahəsindən ibarətdir. Qiyməti 10,2 milyon manatdır", - məlumatda deyilir.

Altay diyarının Çeqon kəndi yaxınlığındakı digər bir sahə isə 103 min sotdur (1,03 min hektar). Bu, Sakit okeandakı ada dövləti olan Naurunun sahəsinin təxminən yarısı qədərdir. Sahə "Çeqon maral ferması" ərazisində yerləşir və maral sürüsü ilə birlikdə 2,7 milyon manata satılır.

Bundan əlavə, Kalininqrad vilayətinin Kolosovka kəndində 17 min sotluq (170 hektar) sahə satışa çıxarılıb. Sahəsinə görə o, Monako knyazlığından bir qədər kiçikdir. Onun qiyməti 1,7 milyon manat təşkil edir.

QAZİLER.AZ