Həkimlər ürəyi 40 saatdan çox dayanan xəstəni həyata qaytardılar

Həkimlər ürəyi 40 saatdan çox dayanan xəstəni həyata qaytardılar backend

Çində həkimlər 40 saatdan sonra xəstənin ürəyinin fəaliyyətini bərpa ediblər.

Çində Çjetszyan Universitetinin İkinci Xəstəxanasının həkimləri ürəyi 40 saatdan çox dayanmış xəstəni xilas ediblər.

Qaziler.az bildirir ki, bu barədə "Sohu" xəbər verir.

Mənbə vurğulayıb ki, belə bir hal tibb praktikasında olduqca nadir hadisədir.

Həkimlərin sözlərinə görə, xəstə nəfəs darlığı və sinədə sıxılma şikayəti ilə xəstəxanaya yerləşdirilib, bundan sonra ürək dayanması baş verib. Həyati funksiyaları qorumaq üçün EKMO sistemi istifadə edilib və 40 saatdan çox reanimasiyadan sonra onun ürək ritmi tədricən bərpa olunmağa başlayıb.

Vəziyyəti sabitləşdikdən sonra aparat söndürülüb. Xəstə özünə gəlib və ciddi ağırlaşma olmadan evə buraxılıb.

QAZİLER.AZ