Çində bir qadın rəisinə dərs vermək üçün işdə bir az mürgüləmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazı dərc edib.
Henan əyalətindən olan qadın maaşının aşağı olmasından narazı olduğunu və rəisinə "ödədiyi pula uyğun cavab alır” reaksiyasını çatdırmağa çalışıb.
Bunu etmək üçün işə gəlib və orada beş saat yatıb, daha sonra rəisinin masasından şokoladı yeyib. Nəticədə, kişi səhhətindəki problemlərə görə müntəzəm olaraq şirniyyat yeməli olduğu üçün az qala huşunu itirəcəkmiş.
Kişi əsəbiləşib və işçini işdən çıxarmaqla hədələyib. Qadın isə cavab olaraq işçinin işdə aldığı əmək haqqının tam olaraq ödənildiyi qədər səy göstərdiyini bildirib.
Ən qəribəsi budur ki, işçi sosial mediada hadisənin videosunu paylaşıb və bu, insanların kəskin reaksiyasına səbəb olub. Çoxları rəisin tərəfini tutub.
Qadın isə cavabında tənqidçilərin maaşı aşağı olan insanları başa düşmədiklərini bildirib.
QAZİLER.AZ



