Çin avtomobil istehsalçısı “Seres” şirkəti avtomobil oturacağına unitazın yerləşdirilməsi üçün patent alıb.
Qaziler.az xəbər verir ki, “Carnewschina”nın məlumatına görə, "Nəqliyyat vasitəsinə yerləşdirilmiş unitaz cihazı və nəqliyyat vasitəsi" adlı patent 22 aprel 2025-ci ildə təqdim edilib və 10 aprel 2026-cı ildə rəsmi olaraq təsdiqlənib. Cihaz “Aito” markalı nəqliyyat vasitələrinə quraşdırıla bilər.
Təsvirə görə, avtomo bilə quraşdırılacaq cihaz unitaz gövdəsindən və dayaqdan ibarətdir. Dayaq gövdənin üst hissəsinə quraşdırılıb və avtomobil oturacağına bərkidilib.
Lazım gəldikdə, unitaz oturacağın altından sürüşür və istifadədən sonra geri çəkilir, salonda isə minimal yer tutur. Əsas yenilik məkandan maksimum istifadədədir: dar interyerlərdə, xüsusən də demək olar ki, bütün döşəmə sahəsinin batareya tərəfindən tutulduğu elektrikli nəqliyyat vasitələrində “Seres” mühəndisləri cihazı oturacağın altındakı istifadə olunmamış bir sahədə tamamilə gizlətməyi və nəzərə çarpmayan hala gətirməyi bacarıblar.
Belə bir cihazın kütləvi istehsalı qeyri-müəyyən olaraq qalsa da, onun seçilmiş müştərilər üçün fərdiləşdirilmiş seçim kimi mövcud olması gözlənilir.
Patentlə bağlı şərh verən “CarNewsChina” nəşrinin redaktorları bunun sadəcə bir marketinq hiyləsi ola biləcəyini irəli sürüblər.
QAZİLER.AZ



