“20th Century Studios” “Grandma's Favorite Games” tərəfindən hazırlanmış məşhur “Roblox” oyunu “99 Nights in the Forest”in ekranlaşdırma hüquqlarını əldə edib.
Qaziler.az xəbər verir ki, “The Hollywood Reporter” (THR)-ın məlumatına görə, bu, “Disney” bölməsinin video oyun adaptasiyasını öz üzərinə götürdüyü ilk hadisədir.
Hazırda layihəyə heç bir ssenarist, rejissor və ya prodüser qoşulmayıb. Oyun tərtibatçılarının özləri - Alek Kift, Mettyu Hafton və Kemeron Enqlənd icraçı prodüserlər kimi çıxış edəcəklər. Cey Ar Yanq “20th Century Studios” adından filmə nəzarət edəcək.
“99 Nights in the Forest” döyüş oyunu oyunçuları kabuslu meşədə 99 gecə sağ qalmağa, dörd itkin uşağı xilas etməyə və vəhşi varlıqlarla mübarizə aparmağa çağırır. Oynun hələ bir yaşı olmasa da, təxminən 26 milyard ziyarət və 90,6% təsdiq reytinqi ilə “Roblox” tarixində artıq yeddinci ən populyar oyundur. Layihənin ən yüksək onlayn auditoriyası 14,2 milyon nəfərə çatıb və bu, onu platformada üçüncü ən böyük auditoriya edib.
QAZİLER.AZ



